Ərdoğan dünyada ən çox rəğbət bəslənilən 2-ci liderdir

BEY.AZ informasiya agentliyi xəbər verir
bey.az xəbər verir ki, araşdırma İtaliyada “Digital” vəqfinin Rəqəmsal Müşahidə təşkilatı tərəfindən dünya üzrə 24 lider arasında aparılıb. Araşdırma nəticəsində məlum olub ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediada ən çox izlənilən ikinci dünya lideridir. Araşdırmaya görə, sosial mediada ən çox izlənən lider 66 milyondan çox izləyici ilə ABŞ prezidenti Co Bayden olub.
Prezident Rəcəb Tayyib Ərdoğan 40 milyondan çox izləyicisi ilə ikinci yeri tutub. Ukrayna prezidenti Vladimir Zelenski 27 milyon izləyici ilə üçüncü olub. Təhlillərə görə, Braziliya prezidenti Lula da Silva sosial mediada ən fəal 4-cü liderdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ərdoğan #dünyada #ən #çox #rəğbət #bəslənilən #2ci #liderdir




