Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan ediləcək
Qazaxıstanda sabah Ümumxalq Matəm Günü elan ediləcək.
BEY.AZ xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayevin qəbul etdiyi qərarda deyilir.
Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətində şaxtada qəza baş verib. İlkin ehtimala görə, qəzaya metan qazının partlaması səbəb olub. Hadisə zamanı şaxtada 252 nəfər olub, onlardan 205 nəfəri şaxtadan çıxarılıb.
Son məlumatlara əsasən, qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. Mədəndə 23 nəfərin qaldığı bildirilir. Axtarış-xilasetmə tədbirləri davam etdirilir.