Tanınmış şahmatçının qızı tennis üzrə Azərbaycan çempionu oldu
Tanınmış şahmatçı Türkan Məmmədyarovanın qızı İnci Orman tennis üzrə Azərbaycan çempionu olub.
BEY.AZ xəbər verir ki, o, Bakı Tennis Akademiyasında 8-10 yaşlı qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yeniyetmə idmançı turnirdə bütün rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, İnci Orman 3 ildən çoxdur peşəkar səviyyədə tennislə məşğul olur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.