EvXəbərlərQara dənizdə nə baş verir?

Qara dənizdə nə baş verir?

Published on

spot_img

NATO Qara dəniz üzərində hava kəşfiyyatına başlayıb.
BEY.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Nəşr Avropa Birliyi hava nəqliyyatının idarə olunmasındakı mənbəsinə istinad edib.
Qeyd edilib ki, NATO-ya məxsus “Bombardier Artemis II” kəşfiyyat təyyarəsi havaya qaldırılıb. Bu cür tədbirlər həftəsonları nadir hallarda baş verir. Çünki bu tip təyyarələr adətən iş günlərində kəşfiyyat uçuşları həyata keçirirlər.
“Bombardier Artemis II” təyyarəsi Rumıniyanın Konstansa şəhərindəki bazadan havaya qalxıb və sonra Rumıniya hava nəqliyyatı dispetçerləri tərəfindən idarə olunan sektorun sərhədindəki BINBI nəzarət məntəqəsindən keçərək neytral sular üzərindən trayektoriyaya daxil olub”, – mənbə bildirib.

Onun sözlərinə görə, təyyarə təxminən 9,5 km yüksəklikdə uçur və sahil ölkələrindən heç birinin hava məkanına daxil olmur.

Müəllif: Tural

Latest articles

More like this