Alyaska ştatının sahilləri yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
İlk yeraltı təkanlar UTC vaxtı ilə saat 14:19-da (Bakı vaxtı ilə 18:19-da) Nikolski yaşayış məntəqəsindən 167 kilometr qərbdə qeydə alınıb. Ocaq 83 kilometr dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Hüseyn İbadlı
