Latviyanın xarici işlər naziri Bayba Braje məşhur rusiyalı xokkeyçi, “Vaşinqton Kapitals”ın kapitanı Aleksandr Oveçkinin Latviya üçün arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib.
BEY.AZ xəbər verir ki, Braje qeyd edib ki, Oveçkinin qeyri-müəyyən müddətə Latviyaya girişi qadağandır.
O, həmçinin əlavə edib ki, qərar İmmiqrasiya Qanununun “Əgər əcnəbi Latviyada arzuolunmaz şəxs (persona non qrata) hesab olunursa, onun müvafiq siyahıya daxil edilməsi qərarı Xarici İşlər Naziri tərəfindən qəbul edilir” bəndinə uyğun olaraq qəbul edilib.
Xatırladaq ki, Oveçkin bu yaxınlarda “Vahid Rusiya” partiyası üçün seçkiqabağı videoda göründüyünə görə xaricdə fəal tənqidlərə məruz qalıb.
BEY.AZ
