Cüdoçumuz 1/4 finalda uduzdu – Paris-2024
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ¼ final görüşünə çıxıb.
BEY.AZ xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Koreya təmsilçisi Kim Min Yon ilə qarşılaşıb.
Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.
Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.
***
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
BEY.AZ xəbər verir ki, millimizin üzvü 100+ kq çəki dərəcəsində Finlandiya təmsilçisi Martti Puumalainenlə üz-üzə gəlib.
Təmsilmiz rəqibini ipponla məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb.
Hidayət Heydərov (73) və Zelim Kotsoyev (100) ölkəmizə qızıl medalı qazandırıb.
***
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
BEY.AZ bildirir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb. O, növbəti raundda Martti Puumalainen (Finlandiya) ilə görüşəcək.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |