EvXəbərlərFilarmoniyada Üzeyir Hacıbəyli festivalının açılış mərasimi keçirildi

Filarmoniyada Üzeyir Hacıbəyli festivalının açılış mərasimi keçirildi

Published on

spot_img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir.
BEY.AZ xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın açılış mərasimi olub.
Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, festival çərçivəsində Bakıda keçiriləcək Türk Dünyası Bəstəkarlarının I Qurultayının nümayəndələri və musiqisevərlər iştirak ediblər.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor: Əməkdar artist Fuad İbrahimov) ifasında Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, M.Maqomayevin “Şah İsmayıl” operasından “Uvertüra” (Q.Qarayevin işləməsində), A.Raimkulovanın “Qozı Körpeş–Bayan Sulu” baletindən “Bulaq başında” dueti, M.Beqaliyevin “Bayram uvertürası”, Ö.Gülbəyin fleyta, qoboy və orkestr üçün “Rapsodiya”, R.Nepesovun “Yunus”, R.Abdullayevin “Sevgi mahnısı” və S.Laszlonun violin və orkestr üçün “Transilvaniya rəqsi” səsləndirilib.
Konsertdə solistlər Sandor Laszlo (violin, Macarıstan), Nicat Salmanov (fleyta) və Alim Sadıxov (qoboy) orkestrin müşayiəti ilə sənətsevərlərin könlünü oxşayıblar.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, builki festivalın da zəngin proqramı var. Bakı ilə yanaşı, Ağcabədi, Gəncə, Şuşa, Laçın, Ağdam və Lənkəranda konsert proqramları, tamaşa nümayişləri, sərgilər, təqdimatlar və digər mədəni tədbirlər təşkil olunacaq.
Festival çərçivəsində Özbəkistan, Almaniya və Türkiyədə də müxtəlif səpkili tədbirlər keçiriləcək.

Latest articles

More like this