Qırğızıstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, parlament üzvləri ölkədə növbəti prezident seçkilərinin tarixini təsdiqləyiblər.
BEY.AZ xəbər verir ki, əsdiqlənmiş qətnamə layihəsinə əsasən, Qırğızıstanda növbəti prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək. Mətbuat xidmətindən əlavə edilib ki, deputatlar bu qərarı yekdilliklə dəstəkləyiblər.
Mövcud qanunvericiliyə görə, Nazirlər Kabineti səsvermə günündən ən geci dörd ay əvvəl seçki tarixini elan etməlidir. Parlament seçkiləri qanunla müəyyən edilmiş son tarixdə təyin etməzsə, seçki avtomatik olaraq son tarixdən sonrakı günə təyin edilmiş hesab olunur.
Seçki kampaniyasının ilkin olaraq 22 və ya 23 dekabrda başlaması planlaşdırılır.
Aydınlaşdırılır ki, ən azı 35 yaşı olan və dövlət dilində danışan Qırğızıstan vətəndaşı prezidentliyə namizəd ola bilər. Namizəd xarici vətəndaşlığa malik olmamalı və respublikada ən azı 15 il yaşamalıdır.
Müəllif: Tural
