EvXəbərlərRusiya Ermənistan məhsullarının idxalına qoyulan qadağanı qüvvədə saxladı

Rusiya Ermənistan məhsullarının idxalına qoyulan qadağanı qüvvədə saxladı

Published on

spot_img

Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətləri qüvvədə saxlayır.
BEY.AZ xəbər verir ki, bu barədə Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətdən (Rosselxoznadzor) bildirilib.
Qeyd olunub ki, Ermənistan tərəfi balıq və süd məhsullarının istehsalı zamanı əvvəllər aşkar edilmiş pozuntuların aradan qaldırıldığını təsdiqləyən sənədləri Rosselxoznadora təqdim etməyib.
“Ermənistan tərəfinin Nəzarət Orqanından yalnız təminatlar və müraciətlər daxil olub. Lakin məhdudiyyətlərin götürülməsi üçün bu kifayət deyil”, – qurumun məlumatında bildirilib.

Rosselxoznadzor məsələnin Ermənistan tərəfinə çatdırıldığını qeyd edib.

Xatırladaq ki, Rusiya daha əvvəl aşkar edilmiş pozuntular səbəbindən Ermənistandan bir sıra məhsulların idxalına məhdudiyyətlər tətbiq edib. Məhdudiyyətlər mineral su, alkoqollu içkilər, tərəvəz, meyvə, balıq və süd məhsullarına şamil olunur.

Latest articles

More like this