Məşhur rus aktrisası Angelina Streçina ictimaiyyət qarşısına açıq-saçıq geyimdə çıxıb.
BEY.AZ xəbər verir ki, o, “Altayın rəngi” festivalı çərçivəsində hovuz kənarında keçirilən kokteyl məclisindən fotosunu “Instaqram” səhifəsində paylaşıb.
“Trigqer” serialının 30 yaşlı ulduzu alt paltarı görünən qara şəffaf köynək-don geyinərək pozlar verib.
O, ayaqqabı qismində ümumi tona uyğun klassik tuflilərə üstünlük verib. Görünüşü xırda buruqlar şəkilində səliqəsiz burulmuş və açıq saçlar, həmçinin tünd çalarlarda makiyaj tamamlayıb.
Hüseyn İbadlı
