EvXəbərlərMüharibə Qiyamət gününədək davam etsə belə...

Müharibə Qiyamət gününədək davam etsə belə…

Published on

spot_img

İran ABŞ ilə münaqişənin diplomatiya yolu ilə həlli üçün əsas görməsə də, sülh naminə danışıqlara hazırdır.
BEY.AZ xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi “NBC News” telekanalına müsahibəsində deyib.
O bildirib ki, ABŞ administrasiyasının son iki ildə atdığı addımlar Tehranı yenidən diplomatik dialoqa qayıtmağa vadar etmir. Buna baxmayaraq, Əraqçi sülh üçün diplomatiyanın bütün imkanlarından istifadə etməyin vacib olduğunu vurğulayıb.
Nazirin sözlərinə görə, İran həm müharibəyə, həm də danışıqlara hazırdır:
“Biz müharibənin bərpasına tam hazırıq. Hər hansı yeni təcavüz qarşısında, hətta bu Qiyamət gününədək davam etsə belə, möhkəm dayanacağıq”.

Əraqçi İranın vasitəçilər vasitəsilə ABŞ-a Hörmüz boğazının açılması və danışıqların bərpasını nəzərdə tutan 7 maddəlik plan təqdim etdiyini də təsdiqləyib.
Onun sözlərinə görə, ABŞ konkret addımlar atacağı təqdirdə Tehran Hörmüz boğazını açmağa hazırdır. İranın əsas şərtləri arasında 8 ay əvvəl başlayan müharibənin dayandırılması, dondurulmuş aktivlərin blokdan çıxarılması və dəniz blokadasının ləğvi yer alır.

Latest articles

More like this