EvXəbərlərİnterpol erməni separatçıların silahlarını müsadirə etdi

İnterpol erməni separatçıların silahlarını müsadirə etdi

Published on

spot_img

İnterpol Ermənistanda vaxtilə Qarabağda separatizmlə məşğul olmuş ermənilərin silahlarını müsadirə edib.
BEY.AZ xəbər verir ki, bu barədə qurumun saytında məlumat yerləşdirilib.
“Əməliyyatın nəticələri göstərir ki, müsadirə edilən qanunsuz silahların əhəmiyyətli bir hissəsi Balkan bölgəsi, Şərqi Avropa və “Artsax” da daxil olmaqla keçmiş və ya hazırkı silahlı münaqişə zonaları ilə əlaqəlidir” – məlumatda qeyd olunub.
Qeyd edək ki, İnterpol 17 ölkədə “Trigger X” adlı əməliyyat keçirib. Avropa və Mərkəzi Asiyada odlu silahların qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat nəticəsində 2823 ədəd kiçik və yüngül silah, 400-ə yaxın əl qumbarası və partlayıcı qurğu, həmçinin 40 000-dən çox döyüş sursatı ələ keçirilib.

Latest articles

More like this