ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya yeni lider lazımdır.
BEY.AZ xəbər verir ki, o, bu barədə brifinq zamanı danışıb.
“Düşünürəm ki, Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb”, — dövlət başçısı deyib.
Tramp əlavə edib ki, Ukraynaya razılaşma əldə edə biləcək yeni lider tapmağı tövsiyə edərdi. Onun sözlərinə görə, ölkənin hazırkı prezidenti Volodimir Zelenski çoxsaylı razılaşmalar əldə edə bilərdi, lakin nədənsə bunu etmir.
Your browser doesn’t support video.
Please download the file: video/mp4
Oktyabrın 9-da Tramp “Truth Social” sosial şəbəkəsində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı apardığını bildirib. Tərəflər Rusiya dizel yanacağının dünya bazarlarına qaytarılması barədə razılığa gəliblər: ABŞ sanksiyaları altı ay müddətinə, aprelin 7-dək dayandırıb. Trampın sözlərinə görə, Moskva “dərhal” 300 min ton yanacaq tədarük edə, gələcəkdə isə bu həcmi daha da artıra bilər. Putin Rusiyanın tədarükə hazır olduğunu təsdiqləyib.
Daha sonra Zelenski Rusiya və ABŞ liderlərinin telefon danışığına etirazını bildirib. “Axios” nəşrinin məlumatına görə, 15 dəqiqəlik müsahibə zamanı Ukrayna lideri qıcıq və narazılıqla danışıb, Rusiya dizel yanacağının dünya bazarına tədarükü barədə razılaşmadan xəbər tutduqdan sonra hətta özünü xəyanətə uğramış hiss etdiyini deyib.
Hüseyn İbadlı
