fbpx

Mourinyo bir şərtlə Ferdinin satılmasına razıdır



35 milyon avroya “Brayton”a transfer olunacağı gözlənilən “Fənərbağça”nın futbolçusu Ferdi Kadıoğlu ilə bağlı daha bir iddia ortaya atılıb.

BEY.AZ türk mediasına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin portuqaliyalı baş məşqçisi Joze Mourinyo yalnız solaxay bir mərkəz müdafiəçisi alınacağı təqdirdə Kadıoğlunun satılmasına razı olacaq. O, mərkəz mövqeyi üçün Becao və Cikunun yetərsiz olduğunu düşünür.

Joze Mourinyonun bu tələbindən sonra rəhbərlik hərəkətə keçib. Komanda İngiltərənin “Fulham” klubunda forma geyinən Kalvin Bassey ilə maraqlanır. Bazar dəyəri 16 milyon avro olan solaxay futbolçu sürəti və fiziki göstəriciləri ilə diqqət çəkir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin