EvXəbərlərUkrayna Rusiyanın daha bir neft emalı zavodunu vurdu

Ukrayna Rusiyanın daha bir neft emalı zavodunu vurdu

Published on

spot_img

Ryazandakı neft emalı zavodunda Ukrayna dronlarının kütləvi hücumundan sonra yanğın baş verib.
BEY.AZ xəbər verir ki, bu barədə regionun qubernatoru Pavel Malkov bildirib.
İlkin məlumatlara görə, hücum nəticəsində heç kim xəsarət almayıb. Hazırda mütəxəssislər dəymiş ziyanı qiymətləndirir, təcili yardım xidmətləri isə hadisə yerində işləyir.
Bundan əlavə, şəhərdəki başqa bir müəssisənin ərazisindəki anbara və nəqliyyat vasitələrinə ziyan dəyib. Zərərin miqyası barədə hələlik məlumat verilməyib.

Növbəti hücumlar təhlükəsi səbəbindən hakimiyyət orqanları əlavə təhlükəsizlik tədbirləri görüb. Məktəb və uşaq bağçalarında dərslər ləğv edilib.

Müəllif: Tural

Latest articles

More like this