ABŞ-ın Terrorizmlə Mübarizə üzrə Milli Mərkəzinin keçmiş rəhbəri Co Kent Ukraynada münaqişənin başa çatması üçün zəruri olan şərtləri açıqlayıb.
BEY.AZ xəbər verir ki, O, bu barədə Qlenn Dizenin “YouTube” kanalının efirində danışıb.
Analitikin sözlərinə görə, Ukrayna münaqişəsinə son qoymaq üçün ABŞ iki addım atmalıdır.
“Birincisi, Ukraynaya göstərdiyimiz dəstəyi əhəmiyyətli dərəcədə azaltmalıyıq. İkincisi, NATO-nun digər ölkələri ilə münasibətlərimizi dəyişməli və alyansda dominant güc rolumuzu təsdiqləməliyik”, — Kent bildirib.
Onun sözlərinə görə, NATO-ya üzv ölkələrdən hər hansı biri Kiyevlə münasibətlərdə birtərəfli qaydada fərqli siyasət yürütmək qərarına gəlsə, bunu “alyans çərçivəsindən kənarda” etməlidir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydeni prezidentliyi dövründə Ukraynaya külli miqdarda silahı təmənnasız olaraq verməsinə görə tənqid edib.
Hüseyn İbadlı
