Kosovo əsilli britaniyalı müğənni Dua Lipa Nyu-Yorkda Metropolitan Operasının açılışına həsr olunmuş qala-konsertə açıq-saçıq geyimdə qatılıb.
BEY.AZ xəbər verir ki, görüntüləri “Daily Mail” yayımlayıb.
30 yaşlı pop ifaçısı tədbirə həyat yoldaşı, britaniyalı aktyor Kallum Törnerlə birlikdə gəlib. Lipa bu tədbir üçün “Ferragamo”nun 2027-ci ilin yaz kolleksiyasına daxil olan, buda qədər yarığı olan qara şəffaf libas seçib. Geyimin müəllifi brendin kreativ direktoru Maksimilian Devisdir.
Ulduz eyni markaya məxsus ayaqqabılar da geyinib, saçlarını səliqəli şəkildə yuxarıdan yığaraq hündür at quyruğu formasında düzəldib. Onun həyat yoldaşı isə klassik qara kostyum, köynək və ayaqqabı geyinib.
Hüseyn İbadlı
