EvXəbərlərStiv Habbard və ailəsi ABŞ-a qayıtdı

Stiv Habbard və ailəsi ABŞ-a qayıtdı

Published on

spot_img

ABŞ Prezidenti Donald Tramp Rusiyada həbsdə olan Stiven Habbardın və ailəsinin ABŞ-a qayıtdığını bildirib.
BEY.AZ xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Bu, çoxdan Co Bayden və Demokratlar tərəfindən edilməli idi”, – deyə Ağ Evin rəhbəri qeyd edib.
Bundan əvvəl Tramp Rusiya lideri Vladimir Putindən 2024-cü ildə Rusiyada muzdluluq ittihamları ilə məhkum edilmiş Amerika vətəndaşı Stiven Habbardın azadlığa buraxılmasını xahiş etdiyini açıqlamışdı: “Ondan Habbardı buraxmasını xahiş etdim. Görək nə olacaq”.

Xatırladaq ki, 74 yaşlı ABŞ vətəndaşı Stiven Habbard 2022-ci ilin aprelində Ukraynanın İzyum şəhərində Rusiya hərbçiləri tərəfindən saxlanılıb. O, Ukrayna tərəfində muzdlu döyüşçü kimi iştirak etməkdə ittiham olunub. 2024-cü ilin oktyabrında Rusiya məhkəməsi Habbardı 6 il 10 ay müddətinə azadlıqdan məhrum edib.

Latest articles

More like this