EvXəbərlərRegional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirildi

Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının ilk iclası keçirildi

Published on

spot_img

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Qapalı Səhmdar Cəmiyyəti Müşahidə Şurasının ilk iclası keçirilib.
Bu barədə BEY.AZ-a Regional Su Meliorasiya QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda Regional Su Meliorasiya Xidmətinin Prezidentin sərəncamı ilə publik hüquqi şəxsdən QSC-yə çevrilməsi prosedurunun qaydalara uyğun şəkildə icra olunduğu, yeni statusun regionların su təchizatının idarə olunmasında daha effektiv nəticələr verə biləcəyinin detalları müzakirə edilib.
İclasda Regional Su Meliorasiya QSC-yə icraçı direktorun təyinatı gerçəkləşib. Müşahidə Şurasının qərarına əsasən qurumun sədr müavini Elçin Zahid oğlu Məmmədov ADSEA-nın tabeliyidəki Regional Su Meliorasiya QSC – nin icraçı direktoru təyin olunub.

Onu da qeyd edək ki, Regional Su Meliorasiya Xidməti PHŞ-nin keçmiş sədri Zakir Bəybala oğlu Quliyev ADSEA sədrinin əmrinə əsasən Agentlik sədrinin müşaviri təyin edilib.

Premium Usta Elanları
Premium Elan ver

Latest articles

More like this