fbpx

Benzinin qiyməti ilə bağlı açıqlama



“Azərbaycanda bir neçə aydır ki, Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır”.

BEY.AZ xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsində Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib.

O bildirib ki, amma hələ Aİ-95 markalı benzinin qiyməti tənzimlənən qiymətlərlə satılan məhsullar siyahısına daxil edilməyib:

“Yaxınlarda Nazirlər Kabineti tərəfindən Aİ-95-i bu siyahıya salacaqlar. Aİ-98 markalı benzin isə bizdə istehsal edilmir. Ona görə onun qiyməti tənzimlənmir”.

Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənir.








ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin