fbpx

Bakıda həbsdə olan şəxsin evindən silah tapılıb

BEY.AZ informasiya agentliyi xəbər verir



Bakıda həbsdə olan şəxsin evindən silah tapılıb.

Bu barədə Metbuat.az-a Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin, Bakı İstintaq Təcridxanasının əməliyyat aparatlarının, Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin və Suraxanı rayon Polis idarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları ilə birgə uğurlu əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.1 (narkotik) və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rufan Məhəmməd Rəsul oğlu Azəri tərəfindən Suraxanı rayonu ərazisində zibilxanada gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş tüfəng aşkar edilərək götürülüb.

Bundan başqa, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 234.3.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elcan Vəfadar oğlu Hüseynov təcridxanaya qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın astarında gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,236 qram olan psixotrop maddə – metamfetamin aşkar olunub.

Hər iki faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #həbsdə #olan #şəxsin #evindən #silah #tapılıb

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu