“Omikron” P&G məhsullarının qiymətini BAHALAŞDIRDI
BEY MEDIA İnformasiya agenti xəbər verir
Procter & Gamble (PG.N) şirkəti illik satış proqnozunu artırıb.
Metbuat.az xəbər verir ki, buna səbəb istehlak malları nəhənginin, COVID-19 infeksiyalarının artması fonunda daha yüksək tələbatın çoxalması olub. Hazırda şirkətin səhmləri marketinq öncəsi ticarətdə təxminən 2% artıb.
“Tide” və “Mr. Clean” daxil olmaqla parça və evdə qulluq məhsullarının satışında da ikinci rübdə 7% artım qeydə alınıb. Çünki “Omikron” variantının sürətlə yayılması istehlakçıları daha çox təmizlik məhsulları almağa vadar edib. Şirkət daha yüksək əmtəə və yük xərclərini kompensasiya etmək üçün qiymət artımları ilə birlikdə xalis satışları 6% artıraraq 20,95 milyard dollara çatdırırıb. “P&G” nin maliyyə direktoru deyib ki, şirkətin bu il əmtəə, yük daşımalardan əldə edəcəyi gözlənilən gəlir 2,3 milyard dollardan 2,8 milyard dollara qədər artım proqnozlaşdırılıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.