fbpx

Yataq xəstəsi olan qadın yanaraq öldü

BEY MEDIA İnformasiya agenti xəbər verir


Masallı rayonunda yataq xəstəsi olan qadın yaşadığı evdə yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, hadisə rayonun Qızılağac kəndində qeydə alınıb.

Ümumi sahəsi 63 m² olan 2 otaqlı evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1942-ci il təvəllüdlü Ələkbərova Cənnət Yaqub qızının (yataq xəstəsi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı təhqiqat aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin