fbpx

“Qarabağ” Antalyada heç-heçə etdi

BEY MEDIA İnformasiya agenti xəbər verir


“Qarabağ” Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib.

Metbuat.az xəbər verir ki, ağdamlılar Polşanın “Visla” (Krakov) komandası ilə qarşılaşıb.

Görüşdə qapılara qol vurulmayıb. 53-cü dəqiqədə qapıçı Emil Balayev rəqibin penalti zərbəsini dəf edib.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda günün ilk yarısında Çexiyanın “Bohemians” kollektivi ilə üz-üzə gəlməli olsa da, qarşılaşma qara görə ləğv olunub.

Qeyd edək ki, “Qarabağ” Antalyadakı ilk matçında Rumıniyanın “Qaz Metan” klubu ilə qolsuz heç-heçə edib. Ağdam təmsilçisi ikinci sınağında Serbiyanın “Baçka Topola” klubuna 0:1, üçüncü görüşündə Polşa “Şlyonsk”una 2:3 hesabı ilə uduzub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin