fbpx

“İndi bizi nə Fransa nə də ABŞ xilas edə bilər”

BEY MEDIA İnformasiya agenti xəbər verir


ABŞ-ın “EastMed” layihəsindən çıxması Yunanıstanda böyük müzakirələrə yol açıb.

Metbuat.az xəbər verir ki, Yunanıstan mənbələri ABŞ-ın bu addımını etirazla qarşılayıb. Yunanıstan mənbələri yazır ki, ABŞ Türkiyə olmadan layihənin maddi baxımdan uğursuzluğa düçar olacağını anlayaraq geri addım atıb. Yunanıstan mediası məsələni “Diplomatiya işə yaramır. Bütün dostlarımız bizi satdı” başlığı ilə oxucularına çatdırıb. Xəbərdə deyilir ki, Yunanıstanın Türkiyəyə qarşı həmlələri çökməyə başlayıb.

“Ərdoğan ağıllı həmlələr edir. Ərdoğanın ağıllı həmlələri nəticəsində Miçotakis hökumətini üzləşdiyi vəziyyətdən nə ABŞ-ın Afina səfirliyi nə də, Makronun Fransası xilas edə bilər”.

İsrail mediası isə yazır ki, ABŞ Türkiyəni qəzəbləndirmək istəmədiyi üçün geri çəkilib. İsrailin tək seçimi Türkiyəyə boyun əyməkdir. Qeyd edək ki, “EastMed” layihəsi Avropanın Rusiya qazına olan asılılığını azaltmaq üçün irəli sürülüb. ABŞ, Yunanıstan, Cənubi Kipr və İsrail layihəni Türkiyə olmadan həyata keçirmək istəyirdi. Lakin bu maddi baxımdan daha baha başa gəlir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin