“Bu gün “qırmızı” diplom heç bir üstünlük vermir”
BEY MEDIA İnformasiya agenti xəbər verir
“Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir”.
Metbuat.az xəbər verir ki, bunu UNEC-in rektoru Ədalət Muradov universitet məzunlarına “qırmızı” diplom verilməsi ənənəsilə bağlı fikirlərə münasibət bildirirərkən deyib.
“Sovet dönəmində müəyyən tələblərə cavab verən məzunlara “qırmızı” (fərqlənmə) diplom verilirdi. Qırmızı rəngin də xüsusi mənası vardı. Eləcə də, “qırmızı” diplom digərlərilə müqayisədə onun sahiblərinin daha üstün olduqlarını göstərirdi. Bu gün “qırmızı” diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Vərdiş və bacarıqlar əvəzinə qiymətlər uğrunda tələbələrdə yanlış motivasiya yaradır. Amma buna baxmayaraq hələ də “qırmızı” diplom verilir”, – deyə rektor bildirib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.