Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verib
BEY MEDIA İnformasiya agenti xəbər verir
Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib.
Metbuat.az xəbər verir ki, Yaşar Nəcəfov (66 kq), Zaməddin Poladov (73 kq), Rüfət İsmayılov (90 kq) və İmran Yusifovun (+100 kq) COVID-19 testi müsbət nəticə verib.
Onların adları yarışın iştirak ərizəsindən çıxarılıb və bir saat sonra başlayacaq püşkatma mərasimində olmayacaq.
Beləliklə, Azərbaycan turnirdə 6 kişi, 3 qadın idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, 28 – 30 yanvarda keçiriləcək Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.