Kamran Əliyev Almaniyaya işgüzar səfərə getdi
BEY MEDIA İnformasiya agenti xəbər verir
Yanvarın 27-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Almaniyaya işgüzar səfəri başlayıb.
Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan məlumat verib.
“Öncə ölkəmizin Berlindəki səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edildi.
Daha sonra Baş prokuror Almaniya Ədliyyə Nazirliyinin dövlət katibi Angelika Şlunk ilə görüşüb. Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və digər sahələrdə əlaqələrin inkişafının müsbət dinamikasından məmnunluq ifadə olunub.
Baş prokuror Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə dövlət katibinə ətraflı məlumat verib. Həmçinin qurumlararası əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən cinayət işləri üzrə hüquqi yardım sahəsində qarşılıqlı fəaliyyət və ekstradisiya məsələləri müzakirə edilib. Görüşdə ölkəmizin Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak edib”- Baş Prokurorluqdan bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.