ŞAD XƏBƏR! Baş nazirdən benzinlə bağlı MÜHÜM QƏRAR
BEY MEDIA İnformasiya agenti xəbər verir
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.
Metbuat.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib.
Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq ediləcək və 2022- ci il 1 iyun tarixinədək qüvvədə olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.