fbpx

Nazarbayevlə sövdələşməmişik – Tokayev danışdı

Rüya Yorumları burda

BEY MEDIA İnformasiya agenti xəbər verir


Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev birinci dövlət başçısı Nursultan Nazarbayevlə iğtişaşlar dövründə hakimiyyət səlahiyyətlərinin bölüşdürülməsinə dair heç bir sövdələşmənin olmadığını bildirib.

Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, bunu Qasım-Comərd Tokayev şənbə günü “Xabar 24” telekanalında yayımlanan müsahibəsində deyib.

“Yox, təbii ki, heç bir sövdələşmə olmayıb. Eləcə də şəxsi imtiyazlar barədə söhbət olmayıb. Təkcə o söhbət olub ki, Təhlükəsizlik Şurası sədrinin statusunu təcili həll etmək lazımdır. Gizlətməyəcəyəm, mən məsələni belə qoydum ki, millətə dərhal müraciət edərək bu andan etibarən Təhlükəsizlik şurası sədrinin özüm olduğumu bildirəcəyəm”, – Qazaxıstan Prezidenti müsahibəsində belə deyib.

Rüya tabirlerini burdan oku

Kasım-Jomart Tokayevin sözlərinə görə, bu məsələ bir göz qırpımında həll olundu: “Yanvarın 28-də “Nur Otan” partiyasının qurultayı keçirildi, mən orada çıxış etdim və Nursultan Abişeviç Nazarbayevin tarixi roluna qiymət verdim. Hesab edirəm, bu qiymət obyektivdir, ümidvaram ki, məhz bu qiymət əsasında insanlar gələcəyə istiqamətlənəcək.

Prezident Kasım-Jomart Tokayev müsahibəsində əsasən insanları narahat edən məsələlər, faciəvi yanvar hadisələrinin səbəb və nəticələri, ölkədə həyata keçirilən islahatlar barədə sualları cavablandırıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu