Xalq artistləri qohum oldu – TOYDAN FOTOLAR
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün Xalq artisti Alim Qasımovun nəvəsi, Əməkdar artist Fərqanə Qasımovanın qızı Fatimənin toyudur.
Metbuat.az axşam.az-a istinadən xəbər verie ki Fatimə Xalq artisti, “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidlə ailə qurur. Cütlüyün qız toyu şəhər restoranlarından birində keçirilir.
Məclisə sənət aləminin tanınmış simaları qatılıb. Gecədə Alim Qasımov səbəbkarlar üçün muğam da səsləndirib. Ona ifası zamanı qızı Fərqanə də qoşulub.
Qeyd edək ki, Ümid də atası kimi nağara ifaçısıdır. Ümid və Fatimənin oğlan toyu fevralda keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.