Xəbərlər

“Mançester Yunayted”in hücumçusu həbs olunub

BEY.AZ informasiya agentliyi xəbər verir


Mançester Yunayted”in futbolçusu Meyson Qrinvud sevgilisinə təcavüzdə şübhəli bilinərək həbs olunub.

bey.az xarici KİV-nə istinadən xəbər verir ki, ötən günlərdə Meysonun sevgilisi zorakılığa məruz qaldığını iddia edərək sosial şəbəkədə üzündə, qollarında və ayaqlarında göyərmələri əks etdirən fotolar paylaşıb.

Hazırda 20 yaşlı gənc sorğu-sual edilmək üçün həbsdə saxlanılır.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Meyson cari mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu