Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı açıqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin oyunlarına fevralın 1-də start veriləcək.
Metbuat.az xəbər verir ki, ölkə çempionatının IV turu Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
Günün ilk matçında – saat 16:00-da “Murov”la “Azərreyl” üz-üzə gələcəklər. Bu qarşılaşmanın ardından UNEC – “Abşeron” oyunu start götürəcək.
I dövrədən sonra “Abşeron” 9, “Azərreyl” 6, UNEC 2, “Murov” isə 1 xala malikdir.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında da növbəti görüşlərin başlama yeri və vaxtı dəqiqləşib. I dövrənin qarşılaşmaları fevralın 2-də və 5-də təşkil olunacaq.
İlk oyun günündə IV turun MOİK – “Sərhədçi” (15:00), ardınca isə “Murov” – “Neftçi” (17:00) matçı keçiriləcək.
Fevralın 5-də III turdan təxirə salınmış “Sərhədçi” – “Murov” görüşü olacaq. Oyunun start fiti saat 15:00-da çalınacaq. Qarşılaşma “Murov” Voleybol Klubunun idman zalında baş tutacaq.
Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.