fbpx

Daha bir marketdə istifadə müddəti bitmiş məhsullar aşkar edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Goranboy rayonu, Zeyvə kəndində fəaliyyət göstərən, fiziki şəxs Adıgözəlov Veysəl Vaqif oğluna məxsus ərzaq mağazasında planlı yoxlama keçirib.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, həmçinin istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı şirniyyatlar, meyvə şirələri, energetik içkilər və s. qida məhsullarının qanunsuz satışının həyata keçirildiyi aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq məhv edilib və sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin