Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqləyəcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiq edəcək.
Metbuat.az APA-ya istinadən xəbər verir ki, “Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentə daxil olub.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.