“Bizim üçün “Qarabağ”ın rahat gedib futbol oynaması önəmlidir”
BEY.AZ informasiya agentliyi xəbər verir
AFFA Konfrans Liqasının pley-off mərhələsinin Fransada keçiriləcək “Marsel” – “Qarabağ” oyun ilə bağlı UEFA-ya müraciət edib.
Metbuat.az Apasport.az-a istinadən xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
O, assosiasiyanın Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
Məmmədov bildirib ki, görüş zamanı hər hansı mümkün erməni təxribatının qarşısının alınması üçün qitə futbol qurumuna müraciət edilib:
“İstər milli, istərsə də klub şəkildə beynəlxalq oyunların təşkilinə dəstək göstəririk. Marsel şəhəri fərqlidir. Bununla bağlı UEFA-ya birbaşa müraciət etmişik. Bu həftəsonu onlarla video-formatda iclasımız olacaq. Qurumun baş katibinə, vitse-prezidentinə məktub göndərmişik. Onunla gələn həftə müzakirə aparacağam. Bizim üçün “Qarabağ”ın rahat gedib futbol oynaması önəmlidir. Bizə qarşı hər zaman hansısa təxribat etməyə çalışırlar. Burada da çox güman ki, xüsusi təhlükəsizlik nümayəndəsi təyin olunacaq. Yəqin ki, UEFA-nın əlavə nümayəndəsi olacaq. Əlavə olaraq Fransa səfirinə də məktub göndərmişik, onlar da dövlət səviyyəsində məsələni gündəmə gətirəcək”.
Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu fevralın 17-də baş tutacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.