fbpx

Ermənistanda prezident seçkilərinin vaxtı bəlli oldu: Paşinyan ONUN seçilməsini istəyir

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanda prezident seçkiləri mart ayında keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə cümə axşamı Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

“Ümid edirəm ki, martda keçiriləcək seçkilərə qədər siz yüksək texnologiyalar sənayesi nazirinin vəzifələrini tam şəkildə yerinə yetirəcəksiniz və bu müddət ərzində biz səmərəli işləyəcəyik”, – Paşinyan prezidentliyə namizəd, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyana müraciət edərək belə deyib. Paşinyan bildirib ki, Xaçaturyanın namizədliyini parlamentin 65 deputatı irəli sürüb və bu, hakimiyyətdən gələn namizədin prezident seçiləcəyinə inam yaradır.

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin