Öldürülərək quyuya atılan Məryəmin FOTOSU YAYILDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Yanvarın 31-də Bakıda öldürülərək quyuya atılan 4 yaşlı qızın fotosu yayılıb.
Metbuat.az-ın məlumatına görə, hadisə ilə bağlı İTV-yə danışan qızın atası Taleh Allahyarov bildirib ki, o qızı Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub:
“Həyat yoldaşımla boşandıqdan sonra Məryəm mənim yanımda qalırdı. İşə gedib-gəldiyim üçün uşağa baxa bilmirdim. Bunun üçün də onu qonşuya verirdim ki, mən gələnə qədər ona nəzarət etsinlər. Axrıncı dəfə Mehmanla yanvarın 23-də danışdım. Dedi ki, uşağı xalası qızına verib, 20 dəqiqəyə gətirib çatdıracaq. Amma daha sonra nə qədər zəng etsəm də, telefonuna zəng çatmadı. Bundan sonra axtarışa verdik”.
4 yaşlı Məryəm
Taleh Allahyarov
Taleh bildirib ki, o qızının qonşusunun həyətindəki quyuda basdırıldığından şübhələnib:
“Həmin quyunun içindən daşları mən özüm çıxarmışdım. Daha sonra gördüm ki, təzədən içinə atılıb. Onda bildim ki, o quyuda nəsə var”.
Cinayəti törətməkdə təqsirli bilinən Mehman Mansurov da hadisə yerinə gətirilib. O hadisəni törətdiyi yeri və 4 yaşlı qızın meyitini atdığı quyunu göstərərək əməlini etiraf edib.
Mehman Mansurov
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.