AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlər AÇIQLANDI
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.
Fonddan Metbuat.az-a verilən məlumata görə, cari ilin yanvar- fevral ayında AÇG yatağından 683.114 mln ABŞ dolları məbləğində gəlir əldə edilib.
AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi isə 156 milyard 056 milyon ABŞ dolları təşkil edib.
“Şahdəniz” yatağınə gəlincə, qaz və kondensatın satışından 2022-ci ilin yanvar- fevral aylarında əldə olunan gəlir 144.899 mln ABŞ dolları təşkil edib.
“Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən etibarən bu günə qədər yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 4 milyard 701 milyon ABŞ dolları təşkil edib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər cari ilin son 2 ayında 22.172 mln ABŞ dolları olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.