Müdafiə Nazirliyi əsgər valideynlərinə və yaxınlarına MÜRACİƏT ETDİ
BEY.AZ informasiya agentliyi xəbər verir
Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub.
Bu barədə Metbuat.az–a Müdafiə Nazirliyindən bildirilib.
“Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik.
Vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq”, – nazirlikdən qeyd olunub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.