fbpx

Koronavirus testinin “pozitiv” çıxması üçün BU YOLA əl atdılar: Sirkə, qazlı su…

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Koronavirusun növbəti dalğasının gəlməsiylə pandemiya ilə bağlı fırıldaqlar yenidən Avropaya qayıdıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, keçən ilin yaz və yay aylarında, “delta” variantının yayılmasının pik nöqtəsində Böyük Britaniyadan olan məktəblilər və tələbələr saxta müsbət koronavirus testləri ilə məktəbdən yayınmağa çalışırdılar. Aldatma resepti sosial şəbəkələrdə aktiv şəkildə yayılır və son bir il ərzində dünyanın bir çox ölkələrində tələbələr tərəfindən istifadə edilir.

2022-ci ilin əvvəlində, “omikron” variantının yayılması ilə sözügedən resept, ən azı Fransada yenidən populyarlıq qazanıb. Aldatma üsulu, ehtimal ki, 2021-ci ilin aprelində Pasxa bayramları zamanı Qərbi Londondan olan 17 yaşlı tədqiqatçı Amaar tərəfindən hazırlanıb. O, tədqiqatında tərkibində turşu olan müxtəlif inqrediyentlərdən istifadə edib: limon suyu, sirkə, qazlı içkilər və s. İnqrediyentlər test nümunələrinə və ya birbaşa test sisteminin özünə əlavə edilib. Amaar araşdırmasının nəticələrini “TikTok”da dərc edərək milyonlarla baxış toplayıb. Lakin tədqiqatçı resepti məhz onun icad etdiyinə dair heç bir sübut təqdim etməyib.

Rüya tabirlerini burdan oku

Amaar və onun ardıcıllarının işi elm adamlarını maraqlandırıb. Liverpul Universitetindən bir qrup alim bu üsulun effektliliyini təsdiqləyib. Sınaqlarda yeddi müxtəlif markanın qazlı suyu test sistemləri ilə sınanıb və müsbət nəticə verib.

Bununla belə, sosial şəbəkələr araşdırmanı dəyərləndirməyib və reseptlərin əks olunduğu ən populyar videoları qadağan edib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu