fbpx

Qatil ərdən DƏHŞƏTLİ ƏMƏL: Arvasdının başını kəsib meydanda gəzdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Ərinin zorakılığından xilas olmaq üçün Türkiyəyə qaçan 17 yaşlı qadın əri tərəfindən tapılaraq İranda qətlə yetirilib.

Metbuat.az xəbər verir ki, əlində arvadının kəsilmiş başı ilə poza verən kişinin görüntüsü sosial şəbəkədə hiddət yaradıb.

Belə ki, fevralın 5-də İranın Xuzistan əyalətinin paytaxtı Əhvaz şəhərinin Kəsai meydanında bir kişi əlində arvadının kəsilmiş başı ilə şəkil çəkdirib. Sosial şəbəkədə paylaşılan videoda kişinin bir əlində arvadının başını, digər əlində bıçaq tutduğu görülüb.

Öldürülən 17 yaşlı qadın ərinin zorakılığından qurtulmaq üçün Türkiyəyə qaçıb. Lakin kişi onu Türkiyədə taparaq İrana aparıb. Bundan sonra isə o, 17 yaşlı arvadının başını kəsərək qətlə yetirib.

Mərhumun qardaşı polisə şikayət etdikdən sonra isə qatil ər həbs edilib. Polis öldürülən qadının meyitini evində tapıb.

Xuzistan Prokurorluğundan verilən açıqlamaya görə hazırda araşdırma aparılır.

Gülər Seymurqızı

İran'da 17 yaşındaki eşini öldüren adam, kesik başla poz verdi

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin