Bakıda mebel sexində yanğın olub
BEY.AZ informasiya agentliyi xəbər verir
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın baş verib.
Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, bu gün səhər saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub: “Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğından mühafizə qüvvələrinin vaxtında və çevik müdaxiləsi sayəsində sexdəki yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. Yanğın nəticəsində ümumi sahəsi 200 m² olan mebel sexinin içərisində 10 m² sahədə taxta materiallar yanıb, sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.