fbpx

“Jurnalistlərin bu formada hədəfə alınması doğru deyil”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Kimliyindən asılı olmayaraq, istər siyasətçi, istərsə də jurnalist olsun, hansısa bir opponentlə razılaşmayanda təhqirə yol vermədən siyasi leksikonun imkan verdiyi həddə ona qarşı əks fikrini söyləyə bilər”.

Bu fikirləri Metbuat.aza açıqlamasında millət vəkili Fazil Mustafa deyib. Sosial şəbəkə hesabında jurnalistləri ittiham edən millət vəkili Cavanşir Feyziyevin bu davranışlarının arzuolunan hal olmadığını bildirən Fazil Mustafa dedi ki, görünür, millət vəkilinin bu addımı atmasına səbəb ona qarşı haqsız hücumlara, yaxud da hansı bir faktla bağlı aparılan araşdırmalara, yazılara və başqa məsələlərə müəyyən əsəbi reaksiya nümayiş etdirməsi olub.

Müsahibimiz onu da vurğuladı ki, bu məsələni üzrxahlıqla həll etmək lazımdır.

Rüya tabirlerini burdan oku

“Çünki cəmiyyətdə siyasətçilərlə media arasında hansısa bir toqquşma yaxşı səviyyədə qəbul olunmur. Mən düşünürəm ki, Cavanşir müəllim də təcrübəli millət vəkili kimi media ilə bu formada, üslubda danışmasına peşmandır və yəqin ki, təhqir elementlərinə görə üzrxahlıq edərək məsələni barış yolu ilə yekunlaşdıracaqdır”.

Fazil Mustafa onu da qeyd etdi ki, mətbuat təmsilçilərinin də hüquqi yolları bir tərəfə buraxıb, ilk mərhələdə təhqirlə cavab vermə yoluna üz tutması da arzuolunan bir tendensiya deyil.

“Biz çalışmalıyıq ki, mədəni üslubu bütün hallarda qoruyaq. Kiminsə yazısı, araşdırması digərinə xoş gəlməyə bilər. Amma təbii olaraq mətbuatın borcudur ki, hansısa faktları, əldə olunan məlumatları dərc etsin. Buna görə mətbuatı heç kim qınaya bilməz. Belə məsələlərdə mətbuat bütünlüklə hədəfə çevrilə bilməz. Respublikanın tanınmış jurnalistlərinin belə formada hədəfə alınması da doğru deyildir. Bütün hallarda hüquqi yollarla məsələyə münasibət olmalıdır. Mən düşünürəm ki, cəmiyyətdə söyüşə söyüş, təhqir təhqirlə cavab vermək yaxşı ənənə deyildir”.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu