Fevralın 15-dən məktəblər bağlanacaq? – Rəsmi CAVAB
BEY.AZ informasiya agentliyi xəbər verir
Ölkədə koronavirusa yoluxma hallarının psixoloji həddi keçməsi bəzi müəssisələrdə qapanmaların olacağı haqqında məlumatların yayılmasına səbəb olub. Artıq bir neçə gündür sosial şəbəkələrdə məktəblərin bağlanacağı ilə bağlı iddialar səsləndirilir.
Yayılan məlumatda orta məktəblərin fevralın 15-dən 2 həftəlik bağlanacağı qeyd olunub.
Metbuat.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda bu məsələ müzakirə edilmir:
“Bizdə qapanma ilə bağlı bir məlumat yoxdur. Məktəblərin müəyyən müddətə bağlanılması ilə bağlı məsələ nazirliyin gündəliyində deyil”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.