fbpx

Belarus və Ermənistan arasında siyasi QALMAQAL

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

Səfirin XİN-ə niyə çağırılması barədə rəsmi məlumat verilməyib.

Rüya tabirlerini burdan oku

“Sputnik Armenia” yazıb ki, diplomat Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın postsovet məkanında ölkələrin birləşməsi prosesində üzvlüyünün perspektivləri ilə bağlı bəyanatına görə XİN-ə dəvət olunub.

Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində postsovet məkanında suveren dövlətlərin birləşməsi perspektivlərindən danışarkən bildirib ki, Ermənistanın gedəcək yeri yoxdur.

Bundan əvvəl Hunanyan öz “Facebook” səhifəsində yazıb ki, Belarus prezidentinin orijinal geosiyasi təhlilləri ilk növbədə onların öz daxili siyasi gündəliyinə xidmət etmək məqsədi daşıyır. Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu təhlillərin Ermənistana və onun xarici siyasətinə heç bir aidiyyəti yoxdur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu