Məhkəmədə mübahisə düşdü: Saakaşvili Ukrayna himnini oxudu
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin məhkəməsi keçirilib.
Metbuat.az xəbər verir ki, Saakşavili 8,8 milyon laridən (təxminən 3 milyon dollar) çox dövlət vəsaitini ələ keçirməkdə ittiham edilir.
O bildirib ki, bütün ittihamlar əsassızdır. Saakşavili özü prokurorları və hakimi korrupsiyada ittiham edib. Bu isə mübahisəyə səbəb olub. Ardınca vəkillər Saakaşviliyə Ukrayna bayrağını veriblər və telefonda Ukrayna himnini səsləndiriblər. Saakaşvili də himni oxumağa başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.