“Pandemiya bitsə, peyvəndlərin vurulması bir ildən bir ola bilər”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Pandemiya bitsə peyvəndlərin vurulması bir ildən bir ola bilər”.
Metbuat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “Omikron” ştamının əlamətlərindən danışarkən deyib:
“Sutkalıq yoluxma sayının çox olmasına baxmayaraq, ölkədə heç bir qapanmalara gedilmir. Bu da vaksinasiya göstəricisinin yüksək olması ilə əlaqəlidir. İki doza peyvənd alanların sayı kifayət qədər yüksəkdir. Onların çox hissəsində yan təsirlər müşahidə olunmayıb. Həmin yüksək qoruyuculuğu davam etdirmək istəyənlər buster dozanı qəbul etməklə həyatlarını sığortalamış olacaqlar. Növbəti dozaların aralarındakı fərq 6 ay və ya ildə bir dəfə vurulması epidemioloji vəziyyətdən asılı olacaq. Pandemiya bitsə, peyvəndlərin vurulması bir ildən bir ola bilər”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.