Yutub bu dəfə “Kənd həyatı”nı seçdi
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycanlılara məxsus “Country Life Vlog”la (Kənd həyatı) ilə bağlı Yutub rəsmi instaqram hesabında paylaşım edib.
Metbuat.az xəbər verir ki, bu paylaşım “Country Life Vlog hər kəsin xəyal etdiyi kənd həyatını yaşayır” şərhi ilə edilib.
Məlumat üçün bildirək ki, “Country Life Vlog” dünyaca məşhur 3 milyondan çox abunəçisi olan Azərbaycanın yutub kanalıdır. Videolar Qusarın Hil kəndində yaşayan ailə tərəfindən hazırlanır. Burada çəkilən videolar Əzizə Rəmixanovanın öz bostanında yetişdirdiyi məhsullardan yeməklərin hazırlanmasından ibarətdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.